DÜNYA


Sakit okeanda Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib

Bakı, 19 avqust, AZƏRTAC 

Sakit okeanda Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC “Hurriyet” qəzetinin saytına istinadla xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin Ndoi adasının 280 kilometr şimal-şərqində baş verdiyini açıqlayıb.

Zəlzələ dəniz səviyyəsindən 560 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra dənizdə kiçik sunami dalğaları əmələ gəlib. Lakin sunami təhlükəsinin olmadığı bildirilib.

Yeraltı təkanlar nəticəsində dağıntı və tələfat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.