DÜNYA


Sakit okeandakı “Rosa” qasırğası dördüncü kateqoriyayadək güclənib

Sakit okeandakı “Rosa” qasırğası dördüncü kateqoriyayadək güclənib

Bakı, 28 sentyabr, AZƏRTAC

Sakit okeanda formalaşan “Rosa” qasırğası Meksika sahilləri yaxınlığında Saffir-Simpson cədvəli üzrə dördüncü kateqoriyaya qədər güclənib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, meteoroloqların məlumatına əsasən, qasırğa Meksikanın Aşağı Kaliforniya ştatının 975 kilometrliyinə çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 230 kilometrə çatır. Onun oktyabrın 1-də quruya çatacağı, lakin gücünün tropik qasırğa səviyyəsinə enəcəyi gözlənilir.

Qeyd edək ki, Saffir-Simpson cədvəli üzrə küləyin sürəti saatda 62 kilometrə çatanda o, tropik qasırğa adlanır. Küləyin sürəti saatda 120 kilometri keçəndə qasırğaya birinci, 150 kilometrə çatanda ikinci, 180 kilometrə çatanda üçüncü, 210 kilometrə çatanda isə dördüncü kateqoriya verilir. Ən yüksək beşinci kateqoriyada küləyin sürəti 250 kilometrdən çox olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.