DÜNYA
Sakit okeandakı Santa-Krus arxipelaqı sahillərində 6,1 bal gücündə zəlzələ olub
Tokio, 21 avqust, AZƏRTAC
Avqustun 21-də Solomon adaları dövlətinə daxil olan Santa-Krus arxipelaqının Utupua adaları sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Seysmoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, zəlzələ avqustun 21-də yerli vaxtla saat 1:05-də baş verib. Yeraltı təkanların episentri Utupua adalarının sahil xəttindən 50 kilometr şimal-şərqdə, ocağı 77 kilometr dərinlikdə yerləşib.
Həmin adalarda təqribən 1200 nəfər yaşayır. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]
Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb
- 28.03.2024 [11:30]