DÜNYA


Saksoniya “Şimal axını” qaz kəmərinin təmirinə tərəfdardır

Saksoniya “Şimal axını” qaz kəmərinin təmirinə tərəfdardır

Berlin, 17 yanvar, AZƏRTAC

Almaniyanın Saksoniya federal əyalətində hesab edirlər ki, Ukraynada müharibənin davam etdiyi müddətdə Rusiya qazı barədə söhbət getməsə də, “Şimal axını” qaz kəmərini təmir etdirmək daha məqsədəuyğundur.

AZƏRTAC xəbər verir ki, bu mövqeni Saksoniya əyaləti hökumətinin başçısı Mixael Kreçmer bildirib. Əgər gələcəkdə Rusiya qazının idxalına zərurət yaranarsa, o halda fəaliyyət göstərən boru xətti lazım olacaq. Buna görə də Saksoniyanın Baş naziri hesab edir ki, bu xətti qabaqcadan təmir etmək yaxşı olar.

Kreçmer deyib: “Əgər yaxın vaxtlarda zədələr aradan qaldırılmazsa, o halda uzunmüddətli perspektivdə kəmər istifadə üçün tamamilə yararsız olacaq”. Onun fikrincə, ən azı mövcud qurğuların qorunub saxlanılması təmin edilməlidir. Kreçmer hesab edir ki, zərurət yarandığı halda boru kəmərinin işlək vəziyyətdə olmasını təmin etmək operatorun vəzifəsidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.