Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Salam olsun” kitabına-salam

“Salam olsun” kitabına-salam

Bakı, 15 iyun, AZƏRTAC

Böyük ədəbiyyatı yaradanların hər birinin, hissləri həssas, duyğuları həlim, məfkurəsi ülvi, əqidəsi düz, idrakı dərin, zəkası nurlu, təfəkkürü geniş, təxəyyülü qaynar, ağlı kəsərli, ilhamı yüksək, eşqi tükənməz, məhəbbəti səmimi, insanlığı mükəmməl, vicdanı saf və təmizdir. Çünki onların hər birinin ruhu Tanrı hökmü ilə əfsunlanmış, Tanrının hökmü ilə “yaradıcılar şəcərəsi”nə mənsubluq haqqı verilmiş şəxsiyyətlərdir. Məhz bu haqqa görə də onların, hansı millətə mənsubluğundan və ya hansı inancı əxs etmələrindən, eləcə də harada yaşamalarından asılı olmayaraq, hər birinin, bir-biri ilə təhtələn yaradanlar yaxınlığı, bağlılığı və ya qohumluğu, simsarlığı vardır. Yəni bütün yaradıcı insanların Tanrıdan gələn yüksək, əlahiddə qabiliyyətləri onları bir vəhdətdə birləşdirir və məslək qohumuna çevirir. (Heç şübhəsiz ki, onların arasında əfsunu pozulanlar və dəngəsinin itirənlər də mövcuddur!). Odur ki, böyük ədəbiyyatı yaradanların hər biri əlçatmaz üfüqlərin sakinləridirlər. Bu üfüqlərdə bərqərar olmaq üçün xüsusi canfəşanlığa heç bir lüzum yoxdur. Hər bir yaradıcının yaradıcılığının cövhəri, onun yaradıcılıq xəzinəsi onu həmin zirvəyə sövq-təbii yüksəldir. Bir şərtlə ki, əgər o xəzinə zəngindirsə.

Bu sətirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevın Mahirə Nağıqızının “Salam olsun” kitabına yazdığı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan ədəbiyyatının ölməz nümayəndələrinin yaradıcılıq xəritəsi şifahi xalq ədəbiyyatından, daha sonra isə ulu Dədə Qorquddan üzü bəri sonuncu ədəbiyyat nümunəsi yaradana qədər uzun bir yolun işığında bizi aydınladır. Bu aydınlıqda hər kəsin boyu, görkəmi, fəlsəfi qüdrəti, poetik gücü xəritə boyu öz yerini müəyyənləşdirir. Bu günlərdə hədiyyə aldığım “Salam olsun” adlı bir şeir kitabı, tarixin qədim səhifələrindən bu günə qədər uzanıb gələn ədəbi xəritəmizin silinməz səhifələdrindən birində özünə yer tuta biləcək bir ilhamla məni salamladı, kitabxanama daxil oldu və kitabxanamı zənginləşdirdi. Odur ki, mən də həmin salama, “Əleykümsalam...!- deməyi, özümə borc bildim. Ən əsası isə ondan ibarətdir ki, kitabdakı şerilərin hər biri məni “əleykümsalam”- deməyə vadar etdi. Şeirlərin bədii keyfiyyəti, poetik səviyyəsi və vətənpərvərliklə cilalanmış məzmunu, həmin şeirlərə biganə qalmağa imkan vermədi. Bu qədər vətənpərvər bir şairin, bu qədər vətən sevgisi ilə ürəyinin şamını əridən bir ananın şeirlərini su içimi kimi içməmək olmadığı üçün kitabı birnəfəsə oxudum. Oxuduqca, şairin tükənməz ilhamla qələmə aldığı şeirlərin hər biri vətənpərvər ruhuma yeni ruh qatırdı. Şair qəlbinin ana ürəyi ilə çırpınan vətəndaşlıq mövqeyinin zirvələrə yüksələn böyük təbi və qaynar ilhamı hər şeirdə ürəyimdə coşqu yaradırdı. Vətəni bu qədər böyük məhəbbətlə sevən Azərbaycan şairinə eşq olsun! – bu alqış, könlümdən qopan səmimi duyğudur. Kitabı oxuyub bitirdikdən sonra, müəlliflə ilk görüşümüzü xatırladım. “Nəsimi ili” çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində hazırladığım, müəllifi olduğum “Haqq mənəm” əsərinin tamaşasında İmadəddin Nəsiminin işığına toplaşmışdıq. Tamaşadan sonra əsər haqqında və ümumən Nəsimi yaradıcılığı ilə bağlı tamaşadan aldıqları təəssüratları bölüşən mütəxəssislər sırasında onun da dəyərli, səmimi fikirlərini dinləmişdim və xoş təsir bağışlamışdı.

“Salam olsun” kitabı, Azərbaycan ədəbiyyatında mühüm yer tutan qadın şairlərimizdən birinə, Mahirə xanım Nağıqızına mənsub şeirlər toplusudur. Bu toplu özünün bədii keyfiyyəti, poeziya qüdrəti ilə yanaşı, həm də, məzmun mahiyyəti ilə həddindən artıq diqqətçəkəndir. Kitabda sanballı bir şairin həssas hissləri, həlim duyğuları ilə yanaşı, onun ülvi məfkurəsi, düz əqidəsi, dərin idrakı, nurlu zəkası, geniş təfəkkürü, qaynar təxəyyülü, bütün bunlarla yanaşı saf vicdanı, böyük vətənpərvərlik ruhu ilə tükənməz VƏTƏN eşqi, bir də, Tanrıdan gələn poetik əfsunu öz heyranediciliyi ilə oxucuya şeirlərini birnəfəsə oxumağa sövq etdirir.

Müəllif, kitaba məxsusi olaraq, əsasən, Vətən eşqli şeir nümunələrini, vətənpərvərlik ruhunu yüksəldən poetik tablolarını daxil etmişdir. Bütün ruhu və könlü ilə Azərbaycan sevdalısı olduğunu ifadə edən bu poeziya nümunələri ilə, bir kitabda, Mahirə xanım bütün Türk aləminə, öz soydaşlarına Salam Olsun!- deyə, səslənir. Həm də elə bir zamanda ki, millətimizi dünyanın dörd tərəfindən məngənə arasında sıxmaqdan əl çəkməyən böyük güclərə qalib gəldiyimiz bir zamanda. Otuz ilə yaxın bir müddət ərzinə xalqımızı və millətimizi məcburən məğlub kökünə salan haqsızlara qarşı Ali Baş Komandanımızın rəhbərliyi altında haqq mücadiləsinə qalxdığımız və zəfər bayrağını mənfur düşmən üzərində dalğalandırdığımız bir vaxtda. Belə anlarda yaradıcı insanlar hisslərini öz bədii qüdrətləri ilə ifadə etməklə, vətəndaş mövqelərini göstərir, övladlıq, vətəndaşlıq borclarını yerinə yetirir, həqiqətin tablosunu poetik dillə təcəssüm etdirməyə çalışırlar. Məhz “Salam olsun” kitabının müəllifinin də şair ürəyi öz tükənməz ilhamı ilə qaynayır, hüdudlara sığmayan Vətən eşqi coşur və onu Tanrı qədər uca tutacaq bir məhəbbətlə sevdiyini bəyan edir:

Azərbaycan –

Baş əydiyim Tanrı.

Sənə kömək olsun,

Anamın duaları.

Vətəni bu qədər müqəddəs zirvəyə ucaldan, onu Tanrı qədər ali dəyərlərə malik fenomen kimi tərənnüm edən müəllif, bununla da, öz idrak fəlsəfəsinin hikmətini ifadə edir. Müəllifin vətənə olan belə dərin məhəbbətini gördükdən sonra, hesab edirəm ki, minillik dərdləri bütün ruhu ilə yaşayan və dərmanını bulmaq üçün heç vaxt pəs etməyən bir millətin bütün övladları, öz ruh yüksəkliyi ilə məhz hər zaman yaşamaq eşqini özündə qoruyub saxlamalı və böyük anlamda Vətən sevdasından bir an belə, ayrılmamalıdırlar. Bu sevdanın fəlsəfi dərinliyini dərk etməyə çalışmalı, onu əbədi məhəbbətlə sevməlidirlər. Böyük bir millətin ürəyinin səsini susmadan hayqıran Mahirə xanımın misralarında olduğu kimi:

Azərbaycan –

Göyərən ümidlərim.

Dərmanı, davasısan,

Minillik dərdlərimin.

Müəllifin “Salam olsun” kitabında cəmləşən şeirləri təpədən dırnağa qədər oxucunu Vətən eşqi ilə ruhlanmağa, Vətən uğrunda döyüşməyə, Vətən, torpaq fəlsəfi hikmətinin mahiyyətini dərk etməyə və onu candan əziz tutmağa, vətənin əvəzsiz olduğunu əxs etməyə və təlqin etdirməyə çağırır. Mahirə xanım həm bir ana olaraq, həm də bir şair kimi Azərbaycan övladlarını torpaqlarımızın azadlığı uğrunda zəfər cənginə qalxmağa, şanlı yürüşə səsləyir:

Komandanın özü verib dəyər sənə,

O güvəndi, arxalandı, ey ər, sənə.

Milyonlarını gözü baxır, əsgər, sənə,

Bu məqamdır, zəfərini çalmağa get.

Mahirə xanımın bu kitabda cəmlənən bütün şeirləri ana qəlbinin, ana ürəyinin məlhəmi ilə yoğrulur, o qaynar ürəyin istisinə isinir və oxucusunun ruhuna qida verir. Ümumiyyətlə, ana ürəyi hər zaman Mahirə Nağıqızının şeirlərində sövq-təbii olaraq ön plana qədər yüksəlir, oxucuya məlhəm olmağa çalışır.

Baxın, Vətən uğrunda şəhid olan övladlarımızın qəhrəmanlığını bir Azərbaycanlı şair – ananın şah damarında axan qanı hansı coşqu ilə nəzmə çəkir və necə oxşayır:

Analar ər doğar, oğul böyüdər,

Hər oğul dünyası – nağıl, böyüdər.

Torpağı sevərlər analar qədər,

Düşmənin qəddini bükər şəhidlər...

və ya,

Özü qocalmaz ki, əsri qocaldar,

Gələcək, gedəcək nəsli qocaldar.

Qəlblərdə vətənə heykəl ucaldar,

Azadlıq ağacı əkər şəhidlər.

Mahirə xanım üçün şəhid anlayışı təkcə Vətən uğrunda candan keçməkdən ibarət deyildir, əsasən, Vətənə böyük sevgi ilə bağlılıqdan keçən bir məhəbbətin, sönməz eşqin qüdrəti ilə heç “of” demədən canını vətənin yaşaması uğrunda cəsarətlə qurban verməkdən keçən bir qalibiyyət vəzifəsidir. Ümumiyyətlə, Mahirə xanımın şeirləri göstərir ki, onun ruhu daim coşub-daşan mübarizə əzmindədir. Bir şair üçün isə, belə ruh, əvəzsiz bir sərvətdir. Ona görə də, şair – ana Vətən sevgisi ilə yaşayan, Vətən üçün cəsarətlə canından keçən qəhrəman igidlərimizi ağlamamağı, sızlamamağı, əksinə, onların ruhlarının şad olması üçün qürurla dayanmağı, mübariz olmağı tövsiyə edir:

Vətən, qurbanınam – üzdə demədi,

Əməldə göstərdi, sözdə demədi.

Mahirə, ağlamaq, sızlamaq nədi,

Sənin göz yaşından küsər şəhidlər.

Ana ürəyinin simfoniyası övlad, bala nəğməsi ilə havalanar. Çünki, ananın bətnindən doğulan varlıq, onun simfoniyasıdır. Bu hikməti, bu fəlsəfəni daim uca tutan ana qəlbi şəhidlik zirvəsinə yüksələn övladları bir nəğmə kimi yad edər, şəhidlik zirvəsinin üfüqlərindən boylanan gözəgörünməz baxışlarına ehtiram olaraq həmin nəğməni öz ürəyinə daima səslənər. Mahirə xanımın səsləndiyi kimi. Çünki onların məzarı vətənin istehkamıdır:

Yerə qan tökdülər, ruh göyərtdilər,

Tarixi yazdılar Vətən daşına.

Minillik xalqlara dərs öyrətdilər,

Bu ərən oğullar cavan yaşında.

və ya,

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu – kamıdır.

Onların sağlığı döyüşən əsgər,

Məzarı – Vətənin istehkamıdır.

Nağıqızının Qarabağ haqqında yazdığı “Salam” şeirindəki misralarda şair ürəyinin, ana qəlbinin can yanğısı oxucunun içini göyüm-göyüm göynədir. Otuz il bundan əvvəl tapdağa düşmüş Qarabağ bir andaca gözlər önünə gəlir. Biz o zamanlar Qarabağa yalnız uzaqdan boylanardıq. İçimizdə kükrəyən hiddət içimizi təlatümə gətirərdi. Uzaqdan göndərilən salamın göynərtisinə dözmək mümkün deyildi. Lakin indi biz Qarabağa salamı, onun qoynuna vararaq söyləyə bilirik. Ona görə də şeiri oxuduqca həsrətli günlərin göynərtisi yada düşür və qaysaq bağlamış yaralar sızlayır, hazırkı sevinc hisslərinə qovuşaraq çılğın bir həyəcan yaradır :

Dönüb başına dolannam,

Salam, Qarabağım, salam.

Qadan allam, balan allam,

Salam, Qarabağım, salam.

yaxud,

Mahirə sevincdən ağlar,

Sinəsində ümman çağlar.

Dinər saza həsrət dağlar,

Salam, Qarabağım, salam.

Bir başqa şeirində isə müəllif, Qarabağa olan sevgisini ən gözəl və ən duyğusal hisslərlə belə şəkilləndirmişdir:

Mahirədir mənim adım,

Dedim Qarabağ! – ağladım,

Qəlbim ilə qucaqladım,

Diləyi əllərdi yazan...

Ümumiyyətlə müəllif, kitabda , Vətən kontekstində Qarabağ mövzusuna geniş yer ayırmışdır. “Salam olsun” seirinin biri Qarabağdakı döyüşlərin azman qələbəsindən ruhlanaraq qələmə alınmışdır. Haqq işimizə dəstək göstərən Türkiyə Cümhuriyyətinin, onun liderinin və türk qardaşlarımızın həmrəyliyini vəsf edən bu şeirdə Nağıqızının şair duyğuları daha da cövlana gəlir və İkinci Qarabağ savaşında, bütün dünyanı önünə alaraq bizə böyük dəstək göstərən Türkiyə dövlətinin əzmini, təəssübkeşliyini və qardaşlığını, həmrəyliyini tərənnüm edir:

Nağıqızı, az de, deyin,

Qardaş verər dərdə çiyin.

Kəlbəcərdə mehmetciyin,

Salamına salam olsun.

Əziz oxucu, razılaşmalıyıq ki, “Salam” məfhumu müqəddəs varlığın adı ilə bağlı olduğu üçün, o məfhumda bir doğmalıq, qovuşma, birləşmə, həmrəylik, birlik və bütövlük, eyni zamanda məfkurəni zəfərə yüksəldən bir hikmət var. Ona görə də məhz Mahirə xanım “Salam” fəlsəfəsi ilə yola çıxaraq, kitabın məzmununa xeyli zənginlik gətirmişdir. Kitabda bənzər mövzuları fərqli deyimlərlə tərənnüm edən şair, üç şeiri “Salam olsun” adlandırmışdır. Bundan başqa, ayrıca, “Salam” adlandırdığı şeirində də müəllif bizi məhz eyni ovqatla birliyə, bütövlüyə qovuşmağa səsləyir.

“Salam olsun” məfkurəsi ilə yola çıxan Mahirə Nağıqızının qəlbindəki Vətənə olan sevgisi, eşqi parlaq şəkildə göstərir ki, bu sevda ovuc boyda bir ürəyin sərhədləri çərçivəsində məhdudlaşmır. Geniş arealda qanad açıb, məsafələr qət edir. Böyük Azərbaycan arzusu ilə çırpınan ürəyinin durmadan döyündüyünü göstərir. Vətən haqqında yazdığı bütün şeirlərində onun vətənə olan sevgisinin təkcə bir vətəndaş, insan, ana sevgisi ilə hüdudlanmadığını görürük. Yüksək amallarla yaşayan, böyük vətən sevdası ilə ürəyi durmadan döyünən Mahirə xanımın düşüncəsindəki Vətən anlayışı, onun həyat və əqidə məsələsidir:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

Bir başqa şerində:

Dizinə döymə, dözmərəm,

Qaralar geymə, dözmərəm.

Yurdumda oğlun var, Vətən,

Qəddini əymə, dözmərəm. – deyə, fəğan qoparır.

Mahirə xanımın kitaba daxil etdiyi, yanğı ilə dolu Vətən sevdalı bayatıları da orijinaldır:

Sinəmdə oxum Vətən,

Gecələr yuxum Vətən.

Mənsiz də otun bitər,

Mən sənsiz yoxam, Vətən.

Dediyimiz kimi, “Salam olsun” kitabının məfkurəsi, bir şair qəlbinin vətən sevgisini, yüksək poetik duyğularını təcəssüm etdirən bədii topludur. Bu topluda şair – ananın vətənə olan məhəbbəti müxtəlif rakurslardan boy verir, qanad açır, geniş fəzada göz işlədikcə uçur. Milli ruhu, milli məfkurəni, milli-mənəvi dəyərləri heç bir fenomenə dəyişməyən Mahirə Nağıqızı üçün, vətən qədər, ana dili də keçilməz sevgiyə layiq bir fenomendir. Ana dili məhz elə, Ana Vətən deməkdir! Ona görə də şair – ana “Ana dilim” şeirində soyumuzu, kökümüzü məhz ana dilinə əmanət edir:

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

“Tapşırar” şeirində isə soya, kökə bağlılığın hikmətini, nəsillərin davam etdirilmə fəlsəfəsini bir başqa cəhətdən nəzm edir:

İnsan gedər diləyiylə,

Halal duzu, çörəyiylə.

Oğul olan əməliylə,

Adını ada tapşırar.

“Göyərər” şeirində də məhz, milli bütövlüyün, milli gerçəkliyin həqiqətləri, doğma vətənin əbədilik kriteriyası şair qələmindən ehtirasla süzülür:

Süzülməsə zirvəsindən bir dağın,

Quruyacaq suyu olmaz irmağın.

Ər qanından su içməyən torpağın,

Nə o başı, nə bu başı göyərər.

“Salam olsun” məcmuəsində gözdən qaçmayan bir səmimiyyət öz poetik təcəssümü ilə diqqət çəkir. Vətən ehtirası ilə döyünən ürəyin şah damarında qaynayan, milli ruhla pərvazlanan, gen-geniş fəzanın sonsuzluğuna qədər uçmağa cəhd edən ana – şair duyğuları, vətəninə, millətinə olan öz sevgisini bir də, “Dua” şeirində, könlündən qopan alqışları, duaları ilə qanadlandırır:

Xoş əməldə bitəninə,

Hay-haraya yetəninə,

Sağ canını vətəninə

Qıyanına kömək olsun!

və,

Mahirə bir şər vədəsi

Səslənər, titrəyər səsi.

Kimdisə qərib yiyəsi,

Həyanına kömək olsun!

Bütün ruhu və canı ilə doğma vətəninə bağlı olan və onunla nəfəs alan Mahirə Nağıqızının tək bir amalı vardır. Milli dəyərlərlə, vətənə sevgi və məhəbbətlə, dövlətə və dövlətçiliyə sədaqətlə, milli atributlara dərin sayğı ilə yaşamaq, yaratmaq! Həqiqətlərimizin qorunması, haqqa söykənən əməllərimizin ləyaqətlə yaşaması, bayrağımızın daim zəfərlə dalğalanması Mahirə xanımın ən müqəddəs arzularındandır. “Bayrağımız” şeiri qeyd olunanları daha məzmunlu şəkildə ifadə edir:

Çöhrəsidir arzuların,

Bizi aparan yolların.

Haqq səsidi milyonların,

Haqdan doğan bayrağımız.

Bütün ürəyinin çırpıntıları, hisslərinin, duyğularının həssasiyyəti ilə yazdığı “Salam olsun” kitab toplusuna daxil etdiyi şeirlərində öz vətəndaşlıq mövqeyinin hüsnünün poetik tablosunu yaradan Mahirə Nğıqızı Qarabağın zəfər cəngisinə start verən ölkə rəhbərimizin müqəddəs mətləbini müxtəlif şeirləri ilə son dərəcə böyük rəğbətlə tərənnüm etmişdir. Heç kəsə qaranlıq deyil ki, biz otuz il ağır təzyiqlər altında yaşamışıq. Öz haqqımızı sübut etmək üçün nə qədər mücadilə etsək də, həmişə nahaq duruma salınmışıq. Hətta qırx dörd günlük savaş zamanı belə, dünyanın ən qüdrətli dövlətləri Azərbaycanımızı təkləməyə qalxdılar. Mənfur düşməni doğma torpaqlarımızdan qovmağımıza maneçilik törətməyə çalışdılar. Düşmənin silahlanması üçün saysız-hesabsız maşın karvanları ilə silahlar göndərdilər. Hər tərəfdən, hər cür hücuma keçdilər. Lakin bu gərgin savaşda təmkinlə qərarlar qəbul edən, dünya qarşısında istər siyasi-ideoloji baxımdan, istərsə də hərbi-taktiki cəhətdən bütün üstünlükləri ilə diqqət çəkən Ali Baş Komandanımızın cəsarəti və yüksək sərkərdəlik qüdrəti hər bir həmləni anındaca dəf etdi. Hücuma qalxan hər kəsi mat vəziyyətinə saldı. Nəhayətdə doğma torpaqlarımızı, gözəl Qarabağımızı yağı düşmənin əlindən zorla qopararaq özümüzə qaytardı. Bu uğurları diqqətlə müşahidə edən və biganə qalmayan Mahirə xanımın, ulu öndər Heydər Əliyev ideyalarını qəhrəmancasına yaşadan Ali Baş Komandanımıza olan rəğbəti və Heydər Əliyev fenomeninə olan sonsuz məhəbbəti “Salam olsun” şeir kitabında, bir neçə şeirdə poetik qüdrətlə, qabarıq şəkildə təcəssüm olunur. Coşqun şair ürəyinin dövlət rəhbərinə olan sonsuz rəğbətini tərənnüm edən həmin mənzərə poeziyanın kəhkəşanına “Görünür” şeiri ilə belə həkk olunmuşdur:

İlham yazdı yeni dövrü, zamanı,

Odur xalqın ümid yeri, gümanı.

Bu millətin tarixinin hər anı,

Heydər baba dastanından görünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək