SİYASƏT


Salim Al Busaidi: "ASAN xidmət" mürəkkəb və mükəmməl modeldir

Bakı, 25 iyun, AZƏRTAC

BMT Dövlət Xidmətləri Forumunun Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var. Çünki burada səmərəlilik, əlçatanlıq, şəffaflıq, rahatlıq və innovasiya prinsiplərinə əsaslanan, ən yüksək xidmət səviyyəsini təmin edən “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. İnanıram ki, forum digər ölkələrin “ASAN xidmət”in uğurlu təcrübəsini öyrənməsinə və ondan yararlanmasına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Omanın Sivil Xidmətlər nazirinin müavini Salim Al Busaidi deyib.

Qonaq bildirib ki, “ASAN xidmət” milli intellektual brendimiz haqqında məlumatlıdır. Salim Al Busaidi “ASAN xidmət”in mükəmməl model olduğunu bildirib. O, ölkəmizə səfəri zamanı “ASAN Viza”dan yararlandığını da diqqətə çatdırıb.

Tədbirin təşkilatçılığını yüksək qiymətləndirən qonaq Bakının gözəlliyinə heyran olduğunu da gizlətməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.