İDMAN


“Şalke”nin yeni baş məşqçisi bəlli olub

Bakı, 10 may, AZƏRTAC

Almaniyanın “Şalke” futbol klubunu yeni mövsümdən çalışdıracaq baş məşqçi bəlli olub.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Almaniya təmsilçisi 47 yaşlı David Vaqnerlə 2022-ci ilin iyununadək müqavilə imzalayıb. O, yayda yeni klubunda işə başlayacaq.

Mart ayında baş məşqçi Domeniko Tedosko ilə yollarını ayıran “Şalke” klubunu cari mövsümün sonunadək Huub Stevensin çalışdıracaq. Komanda hazırda Bundesliqanın turnir cədvəlində 31 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, D.Vaqnerin son çalışdırdığı klub “Haddersfild” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.