REGİONLAR
Salman Arınc: Beynəlxalq qurumlar bu yerlərin Azərbaycan torpağı olduğunu dəfələrlə dilə gətirsələr də, verilən sözlər heç bir zaman tutulmadı VİDEO
Şuşa, 29 oktyabr, AZƏRTAC
Bu gün Şuşada olmaqdan çox xoşbəxtəm. Türkiyənin Respublika Gününü qardaş Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyimiz üçün qürur duyuruq. “Bir millət, iki dövlət” deyimini birlikdə yaşamaq və hiss etmək üçün işğaldan azad edilmiş Qarabağdayıq. Burada çox böyük qonaqpərvərliklə qarşılandıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşaya səfər edən Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınc söyləyib.
“Azərbaycan torpaqları haqsız işğala məruz qalmışdı. Bu işğal otuz il davam etdi. Beynəlxalq qurumlar bu yerlərin Azərbaycan torpağı olduğunu dəfələrlə dilə gətirsələr də, verilən sözlər heç bir zaman tutulmadı. Türk və müsəlman dünyasına sıra gəldiyi zaman verilən sözləri heç vaxt yerinə yetirmədilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyada çox nadir halda rast gəlinən Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidentinin dediyi kimi, düşmən “dəmir yumruq”la əzildi. Türkiyə hər zaman Azərbaycanın yanında oldu və yanında olmağa davam edir”, - deyə o qeyd edib.