DÜNYA


Salome Zurabişvili Gürcüstanın prezidenti seçilib

Tbilisi, 29 noyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 28-də keçirilmiş prezident seçkiləri ilə bağlı 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib.

AZƏRTAC Gürcüstan MSK-ya istinadla xəbər verir ki, müstəqil namizəd, hakim “Gürcü arzusu - demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili 59,52 faiz səs çoxluğu ilə qalib gəlib.

Onun rəqibi, “Vahid Milli Hərəkat” partiyasının və müxalifətin “Güc birlikdədir” birliyinin vahid namizədi Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.