DÜNYA


Salonikdə Avropanın ən böyük araşdırma parkı açılacaq

Saloniki, 17 sentyabr, AZƏRTAC

Saloniki şəhərinin Pereas rayonunda “Thess İntec” adlı innovasiya və texnologiya parkı açılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Kiriakos Mitsotakis bildirib. O qeyd edib ki, burada yeni ideyalar sponsorların dəstəyi ilə reallaşacaq. Bu yaxınlarda layihənin qanunverici bazası yaradılacaqdır. Layihə “Alexander İnnovation Zone SA” operatoru tərəfindən idarə olunacaq. 72 hektar ərazini əhatə edəcək park beynəlxalq innovasiya meydanına çevrilərək, təhsil, araşdırma, maliyyə və digər sahələri özündə birləşdirəcək.

Artıq özəl investorlar layihəyə öz maraqlarını ifadə ediblər.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Saloniki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.