İDMAN
Salyan cüdoçuları açıq rayon birinciliyinin qalibi olublar
Bakı, 25 fevral, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş yeniyetmə və gənclər arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Salyan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda əvvəlcə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açıq rayon birinciliyində Bakı, Lənkəran, Şirvan, Hacıqabul, Biləsuvar, Sabirabad və Salyandan 170 idmançı iştirak edib. Yarış 2 yaş qrupunda 18 çəki dərəcəsi üzrə keçirilib.
Komanda hesabında Salyan idmançıları birinci olublar. Bakı cüdoçuları yarışı ikinci, Şirvan təmsilçiləri üçüncü pillədə başa vurublar.
Qalib idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]