REGİONLAR
Salyan gəncləri “Münaqişələrin idarə edilməsi” adlı təlimdə iştirak ediblər
Salyan, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Münaqişələrin idarə edilməsi” adlı təlim keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlimçi Fatimə Koroğluyeva gənclərə “Konflikt”, “Münaqişələrin mənfi və müsbət tərəfləri”, “Münaqişələrin baş vermə səbəbləri və həll yolları”, “Kilman modeli”, “Qeyri-zorakı ünsiyyət” və “Qeyri-zorakı ünsiyyət modeli” haqqında məlumat verib.
İnteraktiv keçən təlim əsasında gənclər “Bacardığın qədər çox qazan” simulyasiya oyununa qatılıb və müxtəlif enercayzerlər ediblər. Daha sonra gənclər son bir ayda rastlaşdıqları konflikt hallarını qeyd edib və müzakirələr aparıblar. Sonda gənclər təlimin qiymətləndirilməsində iştirak ediblər.
Təlim region gənclərinin şəxsi inkişafına töhfə vermək üçün keçirilib.