REGİONLAR
Salyan: məhsul bol olduğundan üzümün qiyməti də ucuzdur
Salyan, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı barverəndir.
AZƏRTAC xəbər verir ki, bir müddətdir üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək 260 tondan çox üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 ton çoxdur. Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm sahələrindən 15-20 ton məhsul yığılır. Mütəxəssislərin hesablamalarına görə mövsümüm sonuna kimi bağlardan 1400-1500 ton məhsul götürmək mümkün olacaq.
Qeyd edək ki, ötən ilə nisbətən cari ildə məhsul bol olduğundan üzümün qiyməti də xeyli ucuzdur. Bağbanlar üzümün 1 kiloqramını yerində 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1.10-1.20 qəpik arasında olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]