Salyan rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-ü saat 01 radələrində Salyan rayonu ərazisində rayon sakini 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Salyan Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun həmin tarixdə küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə nüfuz etməyən xəsarətlər yetirməsi nəticəsində N.Əhmədovun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var