CƏMİYYƏT
Salyan rayon sakininin həyətyanı sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb
Bakı, 10 avqust, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Kürqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş B.Zayidova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 46 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.