CƏMİYYƏT
Salyan rayonunda Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş yaradıcılıq müsabiqəsi keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Uşaq Gənclər İnkişaf Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “İstedadlar sorağında” devizi altında yaradıcılıq müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək, müsabiqənin yeniyetmə və gənclərin istedadlarının aşkar olunmasında, onlar arasında yaradıcılıq axtarışlarının stimullaşdırılmasında böyük əhəmiyyətə malik olduğunu bildirib.
Daha sonra əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib. Yaradıcılıq müsabiqəsinə təqdim olunmuş əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin qalibləri və fərqlənmiş iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.