CƏMİYYƏT


Salyan rayonunda “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Salyan rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə payız çağırışına qədər çağırış yaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Salyan rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov yarışın keçirilməsində əsas məqsədin çağırışa qədər və çağırış yaşlı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayonun poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək və qalibini müəyyən etməkdən ibarət olduğunu bildirib.

Dörd növ - 100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma üzrə keçirilən rayon birinciliyində Arbatan, Şorsulu və Kürqaraqaşlı kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Bundan başqa, şəhər 8 saylı orta məktəbin komandası yarışda yüksək fəallığı ilə seçilib.

Sonda birinciliyin qalibləri və fərqlənmiş iştirakçıları Salyan rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.