CƏMİYYƏT


Salyan rayonunda dələduzluq edən şəxs saxlanılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Salyan rayonunda dələduzluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin mayından sentyabradək olan müddətdə beş nəfəri aldadıb (sürücülük vəsiqəsi və sosial yardım düzəldəcəyi adı ilə) onlardan ümumilikdə 6250 manat almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.