CƏMİYYƏT


Salyan rayonunda icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Bakı, 29 noyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının Salyan rayonunda keçirdikləri reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Füzuli Məmmədov olduğu müəyyənləşib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və iki göyərçin quşu götürülüb.

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən iki min manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.