CƏMİYYƏT
Salyan rayonunda ilk dəfə səs verəcək gənclər seçki qaydaları haqqında maarifləndiriliblər
Bakı, 21 noyabr, AZƏRTAC
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək salyanlı gənclərlə görüş olub.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, dəyirmi masada Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov Azərbaycan gənclərinin ictimai həyatın bütün sahələrində yüksək fəallıq göstərdiklərini bildirib. Qeyd edib ki, gənclərimiz ölkəmizdə yaradılan geniş imkanlardan bəhrələnən gənclər hazırda cəmiyyətin hərəkətverici qüvvəsinə çevriliblər.
Tədbirdə gənclərə seçicinin hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclər üçün yaradılan şərait onların inkişafına, müxtəlif sahələrdə uğurla fəaliyyət göstərmələrinə imkan verir.
Sonra seçki qaydaları haqqında maarifləndirici videoçarx nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]