CƏMİYYƏT


Salyan rayonunda mülki müdafiənin vəziyyəti və qarşılıqlı fəaliyyətə dair müşavirə keçirilib

Bakı, 19 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin və Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 19-da Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında “Mülki müdafiənin mövcud vəziyyəti, problemlər və qarşılıqlı fəaliyyət“ mövzusunda müşavirə keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirənin keçirilməsində məqsəd regionda mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması və maarifləndirmə tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi, mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub.

Baş İdarənin rəisi, general-mayor Niyazi Zamanov bildirib ki, mülki müdafiə sahəsində əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində istər regional mərkəz, istərsə də yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqət mülki müdafiə tədbirlərinin planlaşdırılmasına, vaxtında və keyfiyyətli icra olunmasına, əhali arasında maarifləndirmə işinin gücləndirilməsinə, rabitə xəbərdarlıq sisteminin daim hazır vəziyyətdə saxlanılmasına, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işinin lazımi səviyyədə təşkilinə yönəldilməlidir. Həmçinin təlim və məşqlərin planlaşdırılmasının və icrasının təmin edilməsi, mülki müdafiə qərargahlarının fəaliyyətinin gücləndirilməsi, eləcə də baş verə biləcək fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin etibarlı təmin olunması məqsədilə FHN Muğan Regional Mərkəzi və həmin ərazidə fəaliyyət göstərən nazirliyin digər qurumları ilə yerli icra strukturları və dövlət idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili işinin daha da təkmilləşdirilməsi məsələlərinə xüsusi əhəmiyyət verilməlidir.

Müşavirədə Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən, eləcə də qarşıda duran vəzifələrdən söz açıblar.

Digər çıxışlarda region ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

Tədbirin sonunda FHN tərəfindən 2018-ci il iyunun 29-da Qazax rayonunda keçirilmiş kompleks mülki müdafiə təliminin videoçarxı nümayiş olunub.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Muğan Regional Mərkəzinin xidməti ərazisində fəaliyyət göstərən Şirvan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonlarının fövqəladə hallar komissiyalarının sədrləri, Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin məsul əməkdaşları, Salyan rayonundakı idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.