İDMAN


Salyan rayonunda voleybol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 7 dekabr, AZƏRTAC

Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Salyan rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunan yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib.

Rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sarvan kənd, şəhər 6 və 9 nömrəli tam orta məktəblərin komandaları ilk üç sırada qərarlaşıblar.

Qalib komandalar Salyan rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.