CƏMİYYƏT


Salyan şəhərində “Media və hüquqi maarifləndirmə” adlı konfrans təşkil edilib

Bakı, 6 may, AZƏRTAC

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Salyan şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Salyan Rayon Prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.

Salyan rayon prokuroru Rəşad Mansurov informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Mələk Əliyeva vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-dək müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirərək vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülmüş kompleks işlər barədə məlumat verib.

Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.