CƏMİYYƏT


Salyan və Neftçala rayonlarında nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı - akvakultura təsərrüfatlarının sahibləri ilə görüş keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 130 sahibkarın iştirak etdiyi görüşdə ETSN-in balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, onların problemləri dinlənilib və həlli yolları müzakirə edilib.

Görüşdə, həmçinin sahibkarlar akvakultura təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlandırılıb, onlara yarana biləcək sualların cavablandırılması üçün nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.

Qeyd edək ki, ölkənin digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.