REGİONLAR


Salyan və Neftçala rayonlarında pambıq sahələrində texniki təhlükəsizlik qaydaları ilə bağlı təlim keçirilib

Bakı, 3 iyul, AZƏRTAC 

İyul ayının 3-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin sektor müdiri Murtuzəli Hacıyev Salyan və Neftçala rayonlarında növbəti təlim keçiblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, təlimdə pambıq sahələrində pambıq sovkasına qarşı mübarizə işinin təşkili, pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər, texniki təhlükəsizlik qaydaları və qoruyucu vasitələrdən düzgün istifadə olunması, eyni zamanda pestisidlərin tətbiqi zamanı insan orqanizminə və ətraf mühitə mənfi təsirinin qarşısının alınması haqqında geniş məlumat verilib.

Murtuzəli Hacıyev pambıq bitkisinin becərilməsi, əkindən sonra aqrotexniki qulluğun göstərilməsi, sahələrdə zərərvericilərə qarşı müşahidə işlərinin düzgün təşkili və digər mövzularda iştirakçılara tövsiyələr verib.

Daməd Sultanov pambıq bitkisinin vegetasiyası müddətində pambıq zərərvericilərinə qarşı tətbiq olunan pestisidlərin tətbiqi zamanı qarşılaşan problemlər, pestisidlərin təlimata uyğun olaraq düzgün tətbiqi, məsarif normalarının düzgün müəyyənləşdirilməsi ilə bağlı mexanizatorlara və fermerlərə məsləhətlər verib.

Tədbirin sonunda iştirakçılar həyata keçirilən tədbirlər zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı müvafiq təlimatlar alıblar.

Pestisidlərin düzgün tətbiqi ilə bağlı təlimatlar, pestisidlərin tərkib mexanizminə uyğun olaraq insanların sahələrə buraxılması müddəti ilə bağlı əyani vəsaitlər və bukletlər iştirakçılara təqdim olunub və təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə riayət olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Açıq tarla şəraitində keçən təlimdə Salyan Rayonu Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları, fermerlər, torpaq mülkiyyətçiləri, “MTK” MMC və “CTC” MMC-nin mütəxəssisləri, aqronomlar və mexanizatorlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.