REGİONLAR


Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib

Salyan, 26 mart, Mahir Babayev, AZƏRTAC 

Salyanda əhalinin pulsuz tibbi-profilaktik müayinəsi uğurla davam edir. Aksiya başlanandan bu günə kimi 30 min 374 nəfər rayon sakini tibbi müayinədən keçirilib.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri İsrafil Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, humanitar aksiya rayon üzrə 74 min 827 nəfəri əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 3 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb olunublar. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə edilir. Artıq dörd yaşayış məntəqəsində müayinələr başa çatdırılıb. Hazırda bir şəhər və altı kənddə müayinələr yüksək fəallıqla davam etdirilir.

Müayinələr zamanı xəstəlik aşkarlanan 2089 nəfər ambulator, 52 nəfər stasionar müalicəyə cəlb olunub, 5 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 32 xəstə isə Bakı şəhərindəki ixtisaslaşmış səhiyyə müəssisələrinə göndərilib.

Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.