REGİONLAR


Salyanda 38 min tondan çox tərəvəz yığılıb

Salyan, 7 dekabr, Mahir Babayev, AZƏRTAC

Salyanda tərəvəz yığımı başa çatıb. Məhsul istehsalçıları erkən yazda əkdikləri tərəvəz sahəsindən indiyədək 38 min 309 ton məhsul toplayıblar.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm salyanlı fermerlər 1447,7 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul olub. Artıq rayonda tərəvəz yığımı yekunlaşıb. Əkinçilər sahələrdən 38 min 309,8 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 805 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.