REGİONLAR


Salyanda 7 min hektardan çox sahədə yay şumu aparılıb

Salyan, 6 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanda taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Ötən il zəmilərdən bol məhsul götürən taxılçılar növbəti təsərrüfat ilində də yüksək nəticələr əldə etmək üçün payızlıq taxıl səpininə hazırlıq işlərinə başlayıblar.

Rayon Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Salyanda 17 min hektar sahədə payızlıq taxıl əkini aparılması planlaşdırılıb. Hazırlıq işlərinə vaxtında başlayan məhsul istehsalçıları taxıl əkiləcək sahələrdə məhsuldarlığın yüksəldilməsində əsas aqrotexniki tədbirlərdən olan yay şumu aparırlar. Qısa müddətdə 7 min 861 hektar sahədə şum qaldırılıb ki, bu da səpin aparılacaq sahələrin 46 faizini təşkil edir. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün işləri keyfiyyətlə başa çatdırmağa çalışır, yüksək reproduksiyalı toxum tədarük edir, səpində istifadə ediləcək maşın və mexanizmlərin təmirini aparırlar.

Həmçinin şum altına verilmək üçün kifayət qədər müxtəlif növ gübrələr də tədarük olunub.

Qeyd edək ki, salyanlı taxılçılar bu il 16 min 802 hektar zəmidən 66 min 532 ton məhsul götürüblər. Sahələrin hər hektarının məhsuldarlığı 39,6 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.