REGİONLAR
Salyanda Heydər Əliyev prospekti yenidən qurulur
Salyan, 15 may, Mahir Babayev, AZƏRTAC
Son vaxtlar Salyanda həyata keçirilən geniş tikinti, abadlıq və quruculuq işləri şəhərin simasını xeyli dəyişib.
AZƏRTAC xəbər verir ki, hazırda şəhərdəki prospektlər yenidən qurulur, küçələrə asfalt örtüyü döşənir, binaların zirzəmilərindəki su-kanalizasiya xətləri əsaslı təmir edilir.
Artıq bir neçə gündür ki, şəhərdəki Heydər Əliyev prospektində əsaslı təmir işləri həyata keçirilir. Uzunluğu 2 kilometrdən çox olan prospektin 200 metrə yaxın hissəsinə tamet üzlük döşənir, səkilər abadlaşdırılır, suaxarlar təmizlənərək səliqəyə salınır. Həmçinin prospekt boyunca asfalt örtüyü döşənir, evlərin və inzibati binaların üzlükləri dəyişdirilərək ağ laylarla əvəzlənir.
Bunlarla yanaşı, şəhərin Aşıq Pənah, Ənnağı Hüseynov küçələrinə asfalt örtüyü döşənir, İbrahim Qurbanov, Məhərrəm Dadaşov, Aslan Hüseynov və digər küçələrdə də abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]