MƏDƏNİYYƏT


Salyanda “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Salyan rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Lətif Zərbəliyev çıxış edərək Ulu Öndərin Azərbaycan mədəniyyətinə qayğısından danışıb. O qeyd edib ki, Heydər Əliyev xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkəmiz sülh, əmin-amanlıq şəraitində yaşayıb. Bu gün onun siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Sonra 5 nömrəli şəhər klubunun müdiri Aytəkin Bədəlova “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş məruzə ilə çıxış edib.

Eyni mövzulu tədbirlər qrafikə uyğun olaraq mayın 5-dək şəhər və kənd mədəniyyət evləri və klublarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.