REGİONLAR


Salyanda “Skaut metodları ilə həyat üçün təhsil” layihəsi çərçivəsində müəllimlər üçün onlayn təlimlər keçirilib

Salyan, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin icrası uğurla davam edir.

Layihə rəhbəri Gülər Quliyevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, artıq layihə çərçivəsində təlimçi-ekspertlər tərəfindən qeyri-formal təhsil-skaut metodlarını özündə birləşdirən “Skaut metodları ilə həyat üçün təhsil” adlı proqramı tərtib olunub və onlayn təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi skaut metodlarına əsaslanan liderləri yetişdirmək, onlara peşəkar skaut (həyati) bilik və bacarıqlarını öyrətməklə uşaqların hərtərəfli inkişafına nail olunmaqdır.

Təlimi uğurla başa vurmuş müəllimlər məktəblərində 5-6-cı sinif şagirdlərindən ibarət 16 nəfərlik skaut dəstəsi formalaşdıraraq dəstə görüşlərinə start verilib.

Məktəblərdə dəstələrin formalaşdırılması bitdikdən sonra onlar “Skaut metodları ilə həyat üçün təhsil” proqramı əsasında həftəlik görüşlərinə start verəcəklər.

Bu görüşlərin keçirilməsində məqsəd təlim keçmiş müəllim-liderlərin və onların dəstələrinin əldə etdikləri bilik və bacarıqlarının praktikada tətbiqinə şərait yaratmaqdır. Burada onların skautinqin 5 əsas istiqaməti üzrə-sosial, intellektual, fiziki, emosional və psixoloji istiqamətlərinə əsaslanan “Skaut metodları ilə həyat üçün təhsil” proqramın fəaliyyətləri birbaşa tətbiq olunacaq.

Bu proqramın tətbiqi peşəkar təlimçilər tərəfindən həyata keçiriləcək və iki ay davam edəcək. Bu fəaliyyətlərin icrası zamanı layihə idarəçiləri və təlimçiləri tərəfindən dəstə görüşlərinə monitorinq həyata keçiriləcək. Bunun da məqsədi dəstə liderləri tərəfindən keçirilmiş təlimlərin effektivliyinin qiymətləndirilməsi olacaq.

Layihə çərçivəsində, həmçinin monitorinq görüşlərində şagirdlərə peşəkar təlimçilər tərəfindən layihənin məqsədinə uyğun təlimlər təşkil ediləcək. Təlimlər hər məktəbin öz dəstəsi ilə ayrı-ayrılıqda olmaqla 4 gündə 80 nəfəri əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.