CƏMİYYƏT


Salyanda “Toyota” markalı avtomobil aşıb, sürücü ölüb

Bakı, 1 iyul, AZƏRTAC 

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 1-də saat 1 radələrində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində Bakı şəhər sakini Ruslan Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobil aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.