REGİONLAR


Salyanda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Salyan, 18 may, Mahir Babayev, AZƏRTAC 

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Magistral yolda hərəkətdə olan minik maşını aşıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri Ramil Verdiyev və Nemət Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.