REGİONLAR


Salyanda bağlardan iki min tondan çox meyvə yığılıb

Salyan, 13 noyabr, Mahir Babayev, AZƏRTAC

İlin ötən ayları ərzində salyanlı bağbanlar becərdikləri 894.2 hektar meyvə bağından 2 min tondan çox məhsul tədarük ediblər.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin 10 ayında bağbanlar becərdikləri meyvə bağlarından 2 min 844.3 ton meyvə tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11.1 ton çoxdur. Yığılan məhsulun 72 tonunu alma, 43.1 tonunu armud, 23.4 tonunu ərik, 54 tonunu gavalı, 80.6 tonunu alça, 48.6 tonunu şaftalı, 18.9 tonunu gilas, 19.4 tonunu əzgil, 210.9 tonunu heyva, 67.2 tonunu albalı, 1697.1 tonunu nar, 335 tonunu xurma, 0.6 tonunu isə fındıq təşkil edib. Həmçinin məhsul istehsalçıları 173.5 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin, demək olar ki, yarıdan çoxunu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.