REGİONLAR


Salyanda bayram yarmarkası açılıb

Salyan, 29 dekabr, Mahir Babayev, AZƏRTAC

Salyanda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Yeni il bayramı ərəfəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkaya meyvə-tərəvəz, balıq, ət, süd və digər yeyinti məhsulları olmaqla, 35 çeşiddə müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkaya çıxarılan məhsullar bazardakından 25-30 faiz ucuz qiymətə təklif olunur.

Bayram yarmarkası dekabrın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.