REGİONLAR


Salyanda əhaliyə satılan istehlak mallarının həcmi 14,9 faiz artıb

Salyan, 18 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-ci ilin I rübündə istehlak bazarında Salyan rayon əhalisinə satılmış istehlak mallarının həcmi müvafiq dövrlə müqayisədə 14,9 faiz artaraq 88 milyon 255,2 min manat olub.

Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin birinci rübündə Salyan rayonunun əhalisinə satılmış istehlak mallarının 8,9 faizi hüquqi şəxslər, 39,6 faizi bazarlar, 51,5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fiziki şəxslər tərəfindən realizə olunub.

Üç ayda istehlak olunan malların dəyərindən 1 milyon 988,7 min manatı, yəni 2,3 faizi dövlət sektorunun, 86 milyon 266,5 min manatı, yəni 97,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.