REGİONLAR


Salyanda ət və süd məhsullarının istehsalı artıb

Salyan, 11 avqust Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub, ət və süd məhsullarının istehsalında artım qeydə alınıb.

Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin altı ayında rayon üzrə təsərrüfatlarda mal-qaranın baş sayı 62 min 874 baş, inək və camışların sayı 33 min 270 baş, qoyun və keçilərin sayı isə 185 min 259 baş olub.

Heyvandarlıq məhsullarından ət və süd istehsalında əvvəlki ilin eyni dövrünə nisbətən artım müşahidə olunub. Belə ki, ət istehsalı diri çəkidə 8973 sentner (18,1 faiz) artaraq 58 min 631 sentner, süd istehsalı 891 sentner (0,3 faiz) artaraq 257 min 867 sentner, yumurta istehsalı 17 milyon 538 min ədəd, yun istehsalı 3493 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.