REGİONLAR


Salyanda evlərdən oğurluq edən və ev sakinlərinə xəsarət yetirən şəxs saxlanılıb VİDEO

Salyan, 28 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Son günlərdə sosial şəbəkələrdə Salyan rayonunun bir neçə kəndində maskalı şəxsin evlərə oğurluq məqsədilə daxil olması, eləcə də ev sahiblərinə xəsarətlər yetirməsi barədə məlumatlar paylaşılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməllərini etiraf edərək peşman olduğunu bildirib.

Aparılan istintaq zamanı məlum olub ki, V.Cəfərov rayonun Yenikənd və Şəkərli kəndləri ərazisində yerləşən beş fərdi yaşayış evinə daxil olub. Üç evdən pul oğurlayan həmin şəxs, son iki evə daxil olan zaman ev sahibləri ilə rastlaşıb və onlara xəsarət yetirərək hadisə yerlərindən qaçıb. Faktlarla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.