Salyanda gənc rəssamlar mükafatlandırılıb
AzerTAg.az
Bakı, 20 fevral, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsinə həsr onlayn rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, rəsm müsabiqəsinin məqsədi Vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara sinə gərən qəhrəmanları gənc nəslə tanıtmaq, yaradıcı, istedadlı gəncləri üzə çıxarmaqdan ibarət olub.
Onlayn rəsm müsabiqəsinin qalibləri və fərqlənən iştirakçılar münsiflər heyəti tərəfindən əl işlərinin qiymətləndirilməsindən sonra elan olunub.
Yekun nəticədə birinci yeri Lamiyə Nəcəfli (şəhər 1 saylı məktəb-lisey), ikinci yeri Leyla İbrahimli (şəhər 7 saylı məktəb-lisey), üçüncü yeri isə Adil Əsgərli (şəhər 2 saylı tam orta məktəb) tutublar.
Səfəralı Tağızadə (şəhər 9 saylı tam orta məktəb) və Fəxriyyə Məmmədova (şəhər 6 saylı tam orta məktəb) onlayn rəsm müsabiqəsinin fərqlənən iştirakçıları seçiliblər.
Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qarabağ müharibələri şəhidlərinin xatirəsinə həsr edilən onlayn rəsm müsabiqəsinin qalibləri və fərqlənən iştirakçıları diplomlarla təltif olunub.












Xəbərin mətnində orfoqrafik səhv var