REGİONLAR


Salyanda gənc tələbə qeyri-adi velosiped düzəldib

Salyan, 15 fevral, Mahir Babayev, AZƏRTAC

Salyanda gənc tələbə qeyri-adi velosiped düzəldib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Salyan şəhər sakini, 1997-ci il təvəllüdlü Aqil İbrahimovun düzəltdiyi qeyri-adi velosiped şəhər sakinlərinin marağına səbəb olub. Mingəçevir Turizm Kollecində təhsilini başa vuran, hazırda Azərbaycan Kooperasiya Universitetinin Turizm işinin təşkili fakültəsində oxuyan Aqil İbrahimovun hələ uşaq yaşlarından velosipedə marağı olub. Onun velosipedə olan sevgisi indi də böyükdür. İstedadlı gənc bir müddət əvvəl qeyri-adi velosiped düzəltməyi qərara alıb. O, əvvəlcə kağızın üzərində velosipedin eskizlərini çəkib, sonra işə başlayıb. Bir həftə ərzində iki çərçivəli, iki zəncirli, iki qoşa təkərli velosiped düzəldib.

Aqil İbrahimov velosiped düzəldərkən qaz borularından da istifadə edib. Təkərləri, zəncirləri, oturacağı isə mağazadan alıb. O, velosipedi rəngləyərək hazır vəziyyətə gətirib. Onun sözlərinə görə, bu nəqliyyat vasitəsi adi velosipedlərdən uzundur. Yeni velosiped uzaq səfərə çıxmaq üçün daha sərfəlidir. Qeyri-adi velosiped təkcə görünüşü ilə deyil, rahatlığı ilə də seçilir.

Velosiped Salyan şəhərinin küçələrində görünəndə istər-istəməz hamının diqqətini çəkir, ona maraqla tamaşa edirlər. Aqil İbrahimov yaxın vaxtlarda şüşədən velosiped düzəltməyi planlaşdırır. O, istəyini reallaşdırmaq üçün artıq bunun layihəsini hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.