REGİONLAR


Salyanda ictimai iaşə xidmətinin həcmi artıb

Salyan, 21 may, Aydın Yavərzadə, AZƏRTAC

Cari ilin birinci rübündə Salyan rayon əhalisinə 17 milyon 947,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çox ödənişli xidmət göstərilib.

Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi ödənişli xidmətin 34,5 faizi (6 milyon 186,1 min manat) hüquqi şəxslər, 65,5 faizi (11 milyon 761,6 min manatı) hüquqi şəxs yaratmadan pullu xidmət göstərən fiziki şəxslər tərəfindən təşkil olunub. Hesabat dövründə xidmət müəssisələri hər bir rayon sakininə orta hesabla 126,7 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 manat, yəni 30,3 faiz çox müxtəlif növ ödənişli xidmətlər göstərib.

Bu ilin birinci rübündə ictimai iaşə xidmətinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 98,6 faiz artaraq 1 milyon 340,4 min manat olub. Ümumi rayon üzrə ictimai iaşə xidmətinin həcminin hamısı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin üzərinə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.