REGİONLAR
Salyanda idarə, müəssisə və təşkilatların komandaları arasında minifutbol üzrə rayon birinciliyinə start verilib
Salyan, 2 may, Mahir Babayev, AZƏRTAC
Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatların komandaları arasında minifutbol üzrə rayon birinciliyinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondakı Olimpiya İdman Kompleksində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən idman sahəsində əldə olunan nailiyyətlərdən söz açıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra yarışlara start verilib. İlk turda FHN-in Muğan Regional Mərkəzi və Salyan Olimpiya İdman Kompleksinin komandaları qarşılaşıb. Oyun 5:0 hesabı ilə FHN-in Muğan Regional Mərkəzinin komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, yarış hər qrupda 4 komanda olmaqla, iki qrup arasında 10 gün davam edəcək.
Qalib komandalar rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.