REGİONLAR


Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var

Salyan, 20 iyul, Mahir Babayev, AZƏRTAC

İyulun 20-də səhər saatlarında Salyanda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.