CƏMİYYƏT


Salyanda ilk dəfə səs verəcək gənclər maarifləndiriliblər

Bakı, 15 dekabr, AZƏRTAC

Salyan Rayon Gənclər və İdman İdarəsi ilk dəfə səs verəcək gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsinə dair dəyirmi masa keçirib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, 59 saylı dairə seçki komissiyasının katibi Aydın Abasbəyli, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov və gənclər iştirak ediblər.

İdarənin rəisi Araz Hüseynov bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri olduğunu vurğulayıb. O, hər bir gəncin bu mühüm prosesdə fəal iştirak etməli olduğunu diqqətə çatdıraraq gənclərə uğurlar arzulayıb.

Dairə seçki komissiyasının katibi Aydın Abasbəyli ilk dəfə səs verəcək gənclərə seçicinin hüquq və vəzifələri, səsvermə proseduru barədə məlumat verib.

Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.