REGİONLAR


Salyanda indiyədək 7600 tondan çox pambıq yığılıb

Salyan, 14 noyabr, Mahir Babayev, AZƏRTAC 

Salyanda pambıq yığımı uğurla davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan salyanlı pambıqçılar indiyədək pambıq tarlalarından 7 min 657,80 ton “ağ qızıl” yığaraq, qəbul məntəqələrinə göndəriblər. Tədarük olunan pambığın 60 faizindən çoxu maşınlarla yığılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il Salyanda 7 min 52 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 2 min 150 hektar olub. Rayonda pambıq əkini üçün əlverişli şəraitin olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən əkinə nümunəvi qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.

Kürqaraqaşlı kənd sakini, təcrübəli pambıq ustası, fermer İbadət Cəfərov AZƏRTAC-a bildirib ki, ölkəmizdə pambıqçılığa dövlət tərəfindən verilən dəstək onun da bu sahəyə marağını artırıb: “Dövlət tərəfindən edilən güzəştlərdən yararlanaraq bu il 111 hektar sahədə pambıq əkmişəm. Tarlada məhsuldarlıq yüksəkdir. Artıq məhsul yığımı başa çatmaq üzrədir. Hər hektardan 22 sentner məhsul götürməklə, 24 ton pambıq yığılıb. Yaxşı gəlir əldə etdiyim üçün gələn il əkin sahəsini 150 hektara çatdırmaq fikrindəyəm”.

Qeyd edək ki, salyanlı pambıqçılar bu il sahələrdən 14 min tondan çox məhsul götürməyi qarşılarına məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.