REGİONLAR


Salyanda indiyədək 8 min hektardan çox sahədə yazlıq bitki əkini aparılıb

Salyan, 17 may, Mahir Babayev, AZƏRTAC

Salyanda yazlıq bitkilərin əkini davam edir. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən subsidiyalardan yararlanaraq 8 min 24,6 hektar sahədə yazlıq bitki əkini aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 474,6 hektar çoxdur.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkin aparılmış sahələrin 136 hektarını qarğıdalı, 2 min 947 hektarını təzə yonca, 400 hektarını kartof, 682 hektarını tərəvəz, 478 hektarını bostan, 7 hektarını isə günəbaxan bitkiləri təşkil edir. Əkinçilər, həmçinin 3 min 374,6 hektar sahəyə çiyid də səpiblər.

Hazırda yazlıq bitki əkini aparılmış sahələrdən bol məhsul götürmək üçün becərmə işləri aparılır, bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunur, alaq otlarından təmizlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.