REGİONLAR


Salyanda kartof yığımı başa çatıb

Salyan, 6 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanlı fermerlər cari ilin məhsulu üçün erkən yazda 431 hektar sahədə kartof əkiblər ki, bu da ötən il becərilən kartof sahələrindən 11 hektar çoxdur. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən məhsul bol olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan əkinçilər sahələrdən 5 min 14,6 ton kartof toplayıblar. Hər hektarın məhsuldarlığı, ümumilikdə, 121,4 sentner olub ki, bu da ötən ildəkindən 1 sentner çoxdur.

Çuxanlı, Parçaxalaç, Qarabağlı kəndlərində fəaliyyət göstərən fermerlər becərdikləri sahələrdən daha çox məhsul toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.