CƏMİYYƏT


Salyanda keçmiş kürəkənini öldürən şəxsin cinayət işinin ibtidai istintaqı tamamlanıb

Bakı, 1 iyul, AZƏRTAC

Xəbər verildiyi kimi, bu il aprelin 25-də Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan Rayon Prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Salyan Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.