REGİONLAR
Salyanda maldarlıq sahəsi üzrə uğurlu nəticələr qazanılıb
Salyan, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda kənd təsərrüfatının aparıcı sahələrindən olan maldarlıqda 2021-ci ildə uğurlu nəticələr qazanılıb. Belə ki, mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, baş sayında və heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, təsərrüfatlarda ötən il mal-qaranın sayı 62751 baş, o cümlədən inək və camışların sayı 33331 baş, qoyun və keçilərin sayı 185993 baş olub. Həmçinin ət istehsalı 0,1 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 0,2 faiz, yun istehsalı isə 0,1 faiz artıb.