REGİONLAR


Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var

Salyan,26 aprel, Mahir Babayev, AZƏRTAC

Salyanda "QAZel" markalı mikroavtobusla "Mercedes" markalı minik maşını toqquşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Noxudlu kəndinin ərazisində baş verib.

Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan beşi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dördünə isə ilkin yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.